Sürət həddini aşan sürücüyə 121 minlik AĞIR CƏZA



 20:02 09.06.2023     445

Finlandiyada milyonçu iş adamı 50 km/saat sürət həddini aşdığı üçün 121 min avro cərimələnib.

Demedia.az xəbər verir ki, dünyanın ən yüksək sürət biletlərindən birinə sahib olan 76 yaşlı Anders Wiklöf, "Mən həqiqətən peşmanam" deyə çıxış edib.

Finlandiyada sürət həddini aşmaq üçün sabit cəza yoxdur, əvəzində cəza qanun pozucunun gəlirinə əsasən hesablanır. Polis cinayətkarın gəlirini müəyyən etmək üçün smartfon vasitəsilə mərkəzi vergi ödəyicisi məlumat bazasına qoşulur - ölkədə vergitutma ilə cəzaların eyni olması prinsipinə əsaslanaraq mərhələli şəkildə. Oğurluq, qiymətli kağızların pozulması və maliyyə ticarəti qanunları da daxil olmaqla, bir sıra cinayətlərə görə də mərhələli cəzalar var. Bir sözlə, nə qədər çox qazansan, bir o qədər çox ödəyirsən.

Bildirilir ki, holdinqin sədri və təsisçisi Viklöf avtomobili 82 km/saat sürətlə idarə edərkən radara düşüb. Yerli mətbuat yazır ki, 121 min avro cərimədən əlavə, sürücülük vəsiqəsi də 10 gün müddətinə dayandırılıb.

Viklöf, cəzanın ölkənin səhiyyə sistemi üçün istifadə ediləcəyinə ümid etdiyini söyləyib: "Eşitdim ki, hökumət Finlandiyada səhiyyəyə 1,5 milyard avro qənaət etmək istəyir, ümid edirəm pulum bu sahədəki boşluğu dolura bilər".

Aysun / Demedia.az