Avropa İttifaqı miqrasiya və sığınacaq qaydaları ilə bağlı razılığa gəldi



 16:26 09.06.2023     268

Avropa İttifaqı dövlətləri mübahisəli məsələlərdən biri olan ümumi miqrasiya və sığınacaq qaydaları ilə bağlı razılığa gəlib.

Demedia.az xəbər verir ki, AB-yə sədrlik edən İsveçin miqrasiya naziri Maria Malmer Stenergard və AB Komissiyasının daxili işlər üzrə məsul üzvü Ylva Yohansson ümumi toplantıdan sonra mətbuata açıqlamalar verib. Onlar bildiriblər ki, uzun illər davam edən danışıqlardan sonra dövlətlər tarixi addım atıb. Nazirlərin AB-nin sığınacaq sistemi islahatının iki əsas sütunu üzərində razılaşdıqlarını ifadə edən Stenergard bildirib ki, sığınacaq axtaranların üzv dövlətlər arasında bölüşdürülməsi üçün sistem qurulub.

"Qurduğumuz məcburi həmrəylik mexanizmi miqrasiya təzyiqinə ən çox məruz qalan üzv dövlətlərə dəstək verəcək. Üzv dövlətlər müxtəlif həmrəylik töhfələri arasında seçim etmək imkanı əldə edəcəklər” - Malmer Stenerga deyib.

Bahadur Seyidov