Ukrayna Rusiya ilə sərhəddəki Belqorod vilayətinə hücum etdi



 17:06 09.06.2023     253

Ukrayna Rusiya ilə sərhəddəki Belqorod vilayətinə hücum edib.

Demedia.az xəbər verir ki, bu barədə Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov açıqlama verib. O bildirib ki, Kiyevə sadiq qüvvələrin növbəti dəfə bölgəyə hücum etməsi zamanı 3 mülki vətəndaş yaralanıb. Razumnom rayonunda çoxmərtəbəli binaya və şəxsi yaşayış evlərinə ziyan dəydiyini bildirən Qladkov hücum zamanı hava hücumundan müdafiə sistemlərinin işə düşdüyünü deyib.

Hücumlar davam etdiyi üçün şəhərdə araşdırma aparılmasının mümkün olmadığını deyən Qladkovun sözlərinə görə, Ukrayna ordusunun hücumları dayanandan sonra zərər görən evlər təmir ediləcək.

Bahadur Seyidov