İsveçrə Ukraynaya dəstək paketini rədd etdi



 17:18 09.06.2023     262

İsveçrənin Nümayəndələr Palatası Ukraynaya dəstək üçün 5 milyard İsveçrə frankı (5,5 milyard dollar) məbləğində yardım paketini rədd edib.

Demedia.az xəbər verir ki, yardım paketi təklifi Nümayəndələr Palatasının Xarici Siyasət Komitəsi tərəfindən rədd edilib. Məsələ barədə açıqlama verən İsveçrənin xarici işlər naziri İqnazio Kassisin sözlərinə görə, İsveçrə Ukrayna xalqı üçün üç dəstək paketi hazırlayıb və davam edən müharibə səbəbiylə yenidənqurma ehtiyacının nə qədər olacağını təxmin edə bilməyib.

"İsveçrə artıq Ukraynaya böyük maliyyə töhfəsi verib. İsveçrə hökuməti artıq 2025-2028-ci illər üçün Ukrayna və region üçün təxminən 1,5 milyard frank ayırıb", - Kassis bildirib.

Bahadur Seyidov