Bu daş sizi cadudan qoruyacaq! / Video



 17:19 09.06.2023     667

Tarix boyunca üzüklərin, möhürlərin, düymələrin və digər bəzək əşyalarının hazırlanmasında geniş istifadə olunan daşlardan biri də əqiq daşıdır.

Müxtəlif rənglərdə olan əqiq daşına dünyanın hər yerində rast gəlinir. Adını Siciliyadakı Aqates çayından götürən daş mifologiyadakı yeri ilə də öyünə bilər. Belə ki, Qədim Misirdə əqiq talismanının xata-bəladan qoruduğuna inanılırdı. Səhralarda günlərlə yol gedənlər yanlarına əqiq daşı alırdılar. Çünki daşın susuzluğu azaltmaq xüsusiyyəti olduğu düşünülürdü. Qədim Yunanıstanda əqiq ilahə Pomonenin daşı kimi sevilirdi. Qeyd edək ki, Pomone bağları, bostanları, bar-bəhəri qoruyan ilahə idi...

Əqiq Daşının möcüzəvi faydaları haqqında videoda  ətraflı məlumat verilir.

Aqat Silver kanalında yayımlanan həmin videonu sizinlə bölüşürük.

Aysun Həsənova / DEMEDİA.AZ