Filippində vulkan püskürməsinə görə minlərlə insan təxliyə edildi



 14:12 12.06.2023     293

Filippindəki Mayon vulkanının lava püskürməsi səbəbindən dağın yaxınlığında məskunlaşan 13 minə yaxın insan təxliyə edilib.

Demedia.az xəbər verir ki, vulkanın 6 kilometrliyində yerləşən insanlar təxliyə edilib. Məlumata görə, vulkan bir müddət əvvəl püskürməyə başlayıb. Lakin indi vulkan daha intensiv püskürür. Ölkənin baş vulkanoloqu Teresito Bakolkol bildirib ki, vulkanın vəziyyətindən asılı olaraq daha çox insan təxliyə edilə bilər. Bacolcolun sözlərinə görə, vulkanik qazları olan süxurlar lavadan daha sürətli hərəkət edir.

Qeyd edək ki, Bikol yarımadasında yerləşən Mayon vulkanı ölkənin ən aktiv vulkanlarından biridir.

Bahadur Seyidov