Rusiya və Ukrayna arasında növbəti əsir mübadiləsi həyata keçirildi



 14:52 12.06.2023     288

Rusiya ilə Ukrayna arasında növbəti əsir mübadiləsi həyata keçirilib.

Demedia.az xəbər verir ki, son əsir mübadiləsində ümumilikdə 189 əsgər evlərinə qayıdıb. Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermakın sözlərinə görə, 95 ukraynalı əsgər Rusiyanın əsirliyindən azad edilib.  "95 insanımızı evlərinə qaytarırıq. Ukrayna prezidenti Vladimir Zelenskinin "hamını geri qaytarmaq" missiyasını yerinə yetirməyə çalışırıq" - Andrey Yermak deyib.

Rusiya Müdafiə Nazirliyinin açıqlamasına görə, danışıqlar prosesi nəticəsində əsir düşən 94 rus əsgəri Kiyev rejiminin nəzarətində olan ərazidən geri gətirilib.

Bahadur Seyidov