Cənubi Koreyanın Pekindəki səfiri Çinin Xarici İşlər Nazirliyinə çağırıldı



 15:14 12.06.2023     322

Cənubi Koreyanın Pekindəki səfiri Çung Jae-ho Çinin Xarici İşlər Nazirliyinə çağırılıb.

Demedia.az xəbər verir ki, bunun Çinin Seuldakı səfirinin Cənubi Koreya Xarici İşlər Nazirliyinə çağırılmasına cavab olduğu bildirilir. Məlumata görə, Çin  səfiri Şinq Hayminq Seul-Vaşinqton münasibətləri ilə bağlı açıqlamalarına görə, Cənubi Koreyanın Xarici İşlər Nazirliyinə çağırılıb. Çinin səfirinə açıqlamalarına görə etiraz edilib. Buna etiraz edən Çin tərəfi də oxşar həmlə edib. Çin xarici işlər nazirinin müavini Nonq Ronq məsələ ilə bağlı narahatlığını və narazılığını səfir Çunqa çatdırıb. Nazir müavini Nonq bəyan edib ki, Çinin Seuldakı səfiri Şinq Çin-Cənubi Koreya əlaqələrini qorumaq və inkişaf etdirmək üçün Cənubi Koreyanın bütün təbəqələrindən olan insanlarla fikir mübadiləsi aparır.

Qeyd edək ki, Çinin Seuldakı səfiri Şinq Hayminq Cənubi Koreyanın əsas müxalifət lideri Lee Jae-myung ilə görüşüb. Görüş zamanı səfir Cənubi Koreyanın ABŞ-la artan dialoqundan və yaxın əməkdaşlığından olduqca narahat olduğunu bildirib.

Bahadur Seyidov