Ukrayna ordusu bir kəndi işğaldan azad etdi



 15:58 12.06.2023     296

Ukraynanın müdafiə nazirinin müavini Anna Malyar ordunun Storojove kəndini işğaldan azad etdiyini açıqlayıb.

Demedia.az xəbər verir ki, Malyar sosial media hesabında qeyd edib ki, Ukrayna qoşunları əks-hücum əməliyyatında uğur qazanaraq Donetsk vilayətinin Storojove kəndini ruslardan geri alıb. O, kənddə Ukrayna bayrağının dalğalandığını qeyd edib."Dövlət bayrağımız Storojove üzərində dalğalanır və bu, bütün Ukrayna torpaqları azad edilənə qədər hər yaşayış məntəqəsinə aid ediləcək. Mixail Ostroqradski 35-ci Dəniz Piyada Briqadasına təşəkkür edirik" - Anna Malyar sosial mediada yazıb.

Mixail Ostroqradski 35-ci Dəniz Piyada Briqadasının sosial media hesabında da Storojove kəndinin azad edildiyi açıqlanıb. Açıqlamada kənddə həyata keçirilən əməliyyatda 50-yə yaxın rus əsgərinin zərərsizləşdirildiyi, 4 əsgərin əsir götürüldüyü bildirilib.

Bahadur Seyidov