​​​​​​​Sudanda elan edilən atəşkəsə əməl edilmir



 16:12 12.06.2023     306

Sudanın paytaxtı Xartumda ordu ilə Çevik Dəstək Qüvvələri arasında qarşıdurmalar davam edir.

Demedia.az xəbər verir ki, döyüşlər zamanı ağır və yüngül silahlardan, döyüş təyyarələri və tanklardan istifadə edilir. Xartumun qərbindəki rayonlarda gərgin döyüşlər gedir. Bundan əlavə, ölkənin qərb qonşusu Çadla sərhəddə yerləşən Cuneyne şəhərində də hücumlar baş verib, yüzlərlə insan həlak olub və yaralanıb. Məlumata görə, səhiyyə sisteminin və ictimai xidmətlərin dağılması və humanitar təşkilatların öz xidmətlərini davam etdirə bilməməsi səbəbindən Cuneyne şəhərində xaos hökm sürür.

Digər tərəfdən ölkənin cənubundakı Şimali Kürdufan əyalətindəki Ubeyd şəhəri Çevik Dəstək Qüvvələri tərəfindən mühasirəyə alındığı üçün şəhərdə humanitar böhran baş verib.

Sudanda elan edilən atəşkəsə tərəflər əməl etmir. 

Bahadur Seyidov