Böyük Britaniyada ilin ən yüksək temperaturu qeydə alındı



 16:45 12.06.2023     357

Böyük Britaniyada ilin ən yüksək temperatur göstəriciləri qeydə alınıb.

Demedia.az xəbər verir ki, bu barədə Böyük Britaniya Meteorologiya Agentliyi məlumat verib. Bildirilir ki, krallıqda temperatur 32,2 dərəcəyə çatıb. Məlumata görə, İngiltərənin cənub-şərqindəki Surrey bölgəsindəki Çertseydə temperatur 32,2 dərəcəyə çatıb. Şotlandiyada ilin temperatur rekordu Auçncruive bölgəsində 29,8 dərəcə ilə qeydə alınıb. Meteorologiya təşkilatı və Böyük Britaniya Sağlamlıq Təhlükəsizliyi Agentliyi, krallıqda həddindən artıq istilər səbəbindən sağlamlıq problemlərinin ola biləcəyi barədə xəbərdarlıq edib.

Böyük Britaniyada indiyə qədər qeydə alınan ən yüksək temperatur 19 iyul 2022-ci ildə 40,3 dərəcə olub.

Bahadur Seyidov