BƏƏ lideri Ərdoğanla görüşü barədə türkcə paylaşım etdi



 17:12 12.06.2023     408

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan İstanbulda Prezident Rəcəb Tayyib Ərdoğanla keçirdiyi görüşü barədə sosial media hesabında türkcə paylaşım edib.

Demedia.az xəbər verir ki, Prezident Məhəmməd bin Zayed Əl Nəhyan tvitter hesabında etdiyi paylaşımda, "Prezident Rəcəb Tayyib Ərdoğan ilə İstanbulda görüşməkdən məmnun oldum. İki ölkənin strateji əlaqələrinin gücləndirilməsini müzakirə etdik” deyə yazıb.

Qeyd edək ki, Prezident Məhəmməd bin Zayed Əl Nəhyan Çempionlar Liqasının finalını izləmək üçün İstanbula səfər etmişdi. Çempionlar Liqasının finalından sonra Prezident Rəcəb Tayyib Ərdoğan və BƏƏ lideri Məhəmməd bin Zayed Əl Nəhyan arasında Atatürk Hava Limanının “Qonaq Evi”ndə qapalı görüş olub.

Bahadur Seyidov