Şimali Koreya lideri Putinə təbrik məktubu ünvanladı



 14:43 12.06.2023     281

Şimali Koreya lideri Kim Çen In “Rusiya Günü” münasibəti ilə Rusiya prezidenti Vladimir Putinə təbrik məktubu ünvanlayıb.

Demedia.az xəbər verir ki, Kim Çen məktubunda Pxenyanla Moskva arasında strateji münasibətləri yaxşılaşdırmaq istədiyini ifadə edib. “Yonhap”ın məlumatına görə, Şimali Koreya ilə Rusiya arasındakı əlaqələri “dəyərli strateji əlaqələr” kimi qələmə verən Kim Çen In,  ölkəsinin bu əməkdaşlığı gücləndirməyə çalışacağını bildirib. Rusiya-Ukrayna müharibəsində ölkəsinin Rusiyanın yanında olduğunu təkrarlayan Kim Çen In bildirib ki,  Şimali Koreya Ukrayna ilə müharibəni davam etdirən Rusiyaya tam dəstək verir.

Qeyd edək ki, Ukraynadakı müharibəyə görə beynəlxalq ictimaiyyətin Rusiyaya qarşı embarqo və qınamalarına baxmayaraq, Pxenyanın Moskvaya silah göndərdiyi iddia edilir.

Bahadur Seyidov