Ölkəsindəki zəlzələni Türkiyə ilə əlaqələndirdi: "Səbəb Kahramanmaraşdır"



 19:01 12.06.2023     449

Kahramanmaraşda baş verən iki böyük zəlzələdən aylar keçir.

Demedia.az xəbər verir ki, məşhur Cənubi Afrika geoloqu Dr. Gideon Groenewaldın açıqlamaları fəlakəti yenidən gündəmə gətirib.

6 fevral 2023-cü ildə baş verən 7,8 və 7,5 bal gücündə iki zəlzələ Türkiyəyə fəlakət gətirdi. Suriyanı da təsir edən zəlzələdə Türkiyədə 50 min 783, Suriyada isə 8 min 476 adam həyatını itirib.

Zəlzələdən sonra dünyanın bir çox ölkəsi Türkiyəyə yardım üçün gəldi. Müxtəlif ölkələrin axtarış-xilasetmə qrupları dağıntılar altından saysız-hesabsız insanı xilas edib. Türkiyə isə zəlzələnin yaralarını sağaltmaq üçün bölgəni yenidən qurmağa tələsdi.

Zəlzələdən bir neçə gün əvvəl Kahramanmaraşda baş verəcək fəlakəti Twitter hesabında paylaşan 'Zəlzələ Oracle' ləqəbli Frank Hoogerbeets bir müddət gündəm olmuşdu.

Sözügedən şəxs qısa müddət ərzində dünya gündəmində qalsa da, onun proqnozlarının tamamilə təsadüfi olduğu çox keçmədən bəlli oldu. Dünyanın ən aktiv qırıqlarında 'zəlzələ olacağı' xəbərdarlığını edən 'şarlatan' bir müddət sonra lotereya kimi proqnozlar verməyə başlayıb.

Digər tərəfdən, zəlzələdən aylar keçməsinə baxmayaraq, Kahramanmaraş zəlzələsi növbəti dəfə beynəlxalq mediada səs saldı. Dünən Cənubi Afrikada baş verən 5,0 bal gücündə zəlzələdən sonra Cənubi Afrika geoloqu Dr. Gideon Groenewald Türkiyəyə işarə edib.

Aysun / Demedia.az