Öldüyü deyilən qadın 4 saat sonra tabutda dirildi



 22:05 12.06.2023     431

Ekvadorda xəstəxanada infarkt keçirən və həkimlərin öldüyü deyən 76 yaşlı qadın evdə tabutda dirilib.

Demedia.az xəbər verir ki, ölkədəki şiddət hadisələri ilə tez-tez gündəmdə olan Ekvador bu dəfə tamamilə fərqli bir mövzu ilə dünyanın manşetlərindədir.

Tvitterdə sürətlə yayılan və ölkə mətbuatında yer qazanan inkişafda 76 yaşındakı Bella Montoyanın cənazəsi zamanı dirilib.

Ekvadorun Babahoyo şəhərindəki Martin Icaza xəstəxanasının işçiləri Bellanın öldüyünü müəyyən edən ailə ilə əlaqə saxlayıb. Vəziyyəti qəbul edən ailə qısa müddətdə dəfn hazırlıqları üçün işə başlayıb. Bellanın ölüm səbəbi infarkt olaraq qeyd edilib.

Xristian inancı çərçivəsində tabuta qoyulan və açıq tabut mərasimi keçirilən yaşlı qadın bir müddət sonra örtüldü. Evdə tabutda gözləyən Bella birdən oyanaraq tabutu yumruqlamağa başlayıb.

Səsləri eşidən yaşlı qadının oğlu dərhal hadisə yerinə qaçaraq tabutu açıb. Anasının sağ olduğunu görən kişi birdən göz yaşlarına boğulub. Dərhal təcili yardıma zəng edən ailə üzvləri bunları deyib:

"Günorta saatlarından xəstəxanada öldüyü elan edilən şəxs tabutdadır və sağdır".

Aysun / Demedia.az