Tarlasında təsadüfən tapdı, qonşuları ona milyonçu deyir - VİDEO



 22:36 12.06.2023     544

Türkiyədə Tokatın Xəlilalan kəndində yaşayan Ergin Say ötən il dostu ilə göbələk toplamağa çıxıb.

Demedia.az xəbər verir ki, Say çölündə gördüyü qəribə daşı dostunun köməyi ilə evinə aparıb. Ətrafındakılar daşın meteorit olduğunu bildirdikdən sonra Say daşın bir parçasını qopararaq analiz üçün Çanaqqala 18 Mart Universitetinə göndərib.

Çəkisi 60 kiloqramdan çox olan daşın analizinin nəticəsini gözləyən Say ətrafdakı vətəndaşlar tərəfindən milyonçu adlandırılmağa başlayıb. Say daşla bağlı qəti qənaətə gəlmədən hərəkət etmək istəməsə də, meteorit üzündən ətrafındakı vətəndaşlar onu milyonçu kimi görürlər.

Ətrafındakı vətəndaşların ona milyonçu gözü ilə baxdığını ifadə edən Ergin Say deyib:

"2022-ci ilin avqust ayında bu daşı tapdım. İşimin sıxlığı səbəbindən analiz etmək şansım olmadı. Biz yeni bir parça sındıraraq nümunəni Çanaqqala 18 Mart Universitetinə göndərdik. Bu daşı tarlamızda tapdıq və test nəticəsini gözləyirik".

Aysun / Demedia.az