Dağda silahlıların qaçırdığı qızlar azad edildi



 10:58 13.06.2023     440

Papua Yeni Qvineyanın Bosavi dağında silahlı şəxslər tərəfindən qaçırılan 17 məktəbli qız sərbəst buraxılıb.

Demedia.az xəbər verir ki, şübhəlilər qızları qaçırandan sonra onların sərbəxt buraxılması qarşılığında pul tələb etmişdi. Məlumata görə, silahlıların tələb etdiyi pul verilib və qızlar azad edilib. Papua Yeni Qvineya polisinin rəisi Devid Menninq girovların azad olunduğunu təsdiqləyərək, hadisə ilə bağlı araşdırmanın davam etdiyini bildirib.

Bosaviya kənd sakini bildirib ki, qızların ailələri silahlı şəxslərlə görüşüb və onların azad edilməsi üçün razılığa gəliblər. Sakin bildirib ki, silahlılar fidyə üçün pul və donuz tələb ediblər.

Bahadur Seyidov