Belçikada istilərlə bağlı xəbərdarlıq



 14:19 13.06.2023     386

Belçika Kral Meteorologiya İnstitutu “isti dalğası” barədə xəbərdarlıq edib.

Demedia.az xəbər verir ki, xəbərdarlıqda deyilir ki, havaların isti keçməsi və yağıntının olmaması səbəbilə “isti dalğa” müşahidə edilə bilər. Məlumata görə, buludlu və yağışlı havası ilə tanınan Brüsseldə havanın temperaturu 31 dərəcəni keçib. Ölkənin ən yüksək zirvəsi olan Ardennes bölgəsində havanın temperaturu 25-27 dərəcə səviyyəsində ölçülüb. Rəsmi dairələr sakinlərə lazımi dəstəyin göstərilməsi üçün xəbərdarlıq elan edib.

Bu xəbərdarlıq səviyyəsi geniş ictimaiyyəti, eləcə də səhiyyə mütəxəssislərini məlumatlandırmağa, xüsusilə qayğıya ehtiyacı olan insanlar üçün lazımi tədbirləri görmələrini təmin etməyə xidmət edir. Temperatur və quraq hava şəraitinin ən azı daha bir həftə davam edəcəyi gözlənilir.

Bahadur Seyidov