"Fənərbaxça" klubu transferə start veridi



 14:48 13.06.2023     453

"Fənərbaxça" klubu transferə start verib.

Demedia.az xəbər verir ki, "Fənərbaxça"  "Reyncers"də çıxış edən ingilis futbolçu Rayan Kenti transfer etdiyini açıqlayıb. Bu barədə klubun sosial media hesabında açıqlama verilib. "Fənərbağça"nın sosial media hesabındakı paylaşımda Kentin açıqlamaları yer alıb. ““Fənərbaxça”nın hədəflərinə çatması və komandamızın uğurlu olması üçün əlimdən gələni edəcəyəm. İlk hədəfimiz gələn ay oynayacağımız Super Kubok olacaq" - Rayan Kent deyib.

Qeyd edək ki, "Fənərbaxça" bu mövsüm Ziraat Türkiyə Kubokunu qazanıb. Rayan Kent bu mövsüm Reyncersdə 44 oyuna çıxıb. Kent 3 qol vurub, 10 məhsuldar ötürmə edib.

Bahadur Seyidov