Xersonda fəsadlar artdı



 15:14 13.06.2023     559

Xersonda Kahovka bəndinin uçması nəticəsində baş verən daşqın zamanı 6 nəfər həyatını itirib, 35 nəfər isə itkin düşüb.

Demedia.az xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyi açıqlama verib. Nazirliyin sosial media hesabındakı açıqlamada Xerson vilayətində ümumilikdə 46 yaşayış məntəqəsinin hələ də su altında qaldığı bildirilib. Məlumata görə, bölgədən 190-ı uşaq olmaqla 2718 nəfər təxliyə edilib. Məlumatda Nikolayev vilayətində də 31 yaşayış məntəqəsinin su altında qaldığı vurğulanıb, 167-si uşaq olmaqla 982 nəfərin təxliyə edildiyi bildirilib.

Ukrayna Fövqəladə Hallar Xidmətinin məlumatına görə, Kahovka bəndində azalma müşahidə olunub və suyun səviyyəsi 7,4 metr təşkil edib.

Bahadur Seyidov