Fransada hökumətin devrilməsi üçün təqdim edilən etimadsızlıq təklifi rədd edildi



 16:42 13.06.2023     863

Fransada müxalifətin hökumətə qarşı etimadsızlıq təklifi rədd edilib.

Demedia.az xəbər verir ki, müxalifət Milli Məclisdə səsvermə olmadan qəbul edilən pensiya islahatına görə hökumətə qarşı etimadsızlıq səsverməsi keçirilməsini irəli sürüb. Müxalifət alyansı Nupes tərəfindən 17-ci dəfə təqdim olunan və hökumətin süqutunu nəzərdə tutan etimadsızlıq məsələsi Baş Assambleyada müzakirə edilib.  Məlumata görə, təklifin lehinə 239 səs verilib. Bildirilir ki, 577 yerlik Milli Assambleyada hökumətin etimadsızlıq səsi ilə devrilməsi üçün azı 289 səs lazımdır.

İclasda çıxış edən baş nazir Elizabet Borne müxalifəti yalnış siyasət yürütməkdə ittiham edib.

Bahadur Seyidov