Kolumbiyada ənənəvi “Tomatina” festivalı keçirildi



 15:58 13.06.2023     316

Kolumbiyada ənənəvi “Tomatina” festivalı keçirilib.

Demedia.az xəbər verir ki, festival çərçivəsində Boyaca inzibati bölgəsinin Stumarchan şəhərində toplaşan yüzlərlə insan bir-birinə 40 ton pomidor atıb. Bölgədəki fermerlərin hədiyyə etdiyi və yük maşınları ilə festival ərazisinə gətirilən tonlarla pomidor iştirakçıları qırmızı rəngə boyayıb. Festival iştirakçıları start fiti ilə bir-birilərinə pomidor atmağa başlayıblar.Tədbirin sonunda pomidor rəngində olan iştirakçılar təzyiqli su ilə təmizlənib. “Tomatina” festivalı zamanı mədəni tədbirlər, şənliklər, müsabiqələr və konsertlər də keçirilib.

Səlahiyyətlilər festivalda istifadə edilən pomidorların istehlak üçün uyğun olmadığını və hər il keçirilən festivallar səbəbindən bölgənin diqqət çəkdiyini bildirib.

Bahadur Seyidov