Finlandiyanın NATO-nun hərbi qanadına rəsmi inteqrasiya prosesi başa çatdı



 16:14 13.06.2023     298

Finlandiyanın NATO-nun hərbi qanadına rəsmi inteqrasiya prosesi başa çatıb.

Demedia.az xəbər verir ki, bu barədə Finlandiya Prezidenti Sauli Niinistö açıqlama verib. Niinistö Finlandiyanın NATO-nun hərbi qanadına daxil olması prosesinin başa çatması haqqında birgə bəyannamənin imzalanması mərasimində çıxış edib. Finlandiya Müdafiə Qüvvələri ilə NATO hərbi strukturları arasında inteqrasiya prosesinin rəsmi şəkildə başa çatdığını deyən Niinistö bildirib ki, proses plan üzrə gedib. Finlandiyanın NATO strukturuna tam inteqrasiyasının zaman alacağını vurğulayan Niinistö bəyan edib ki, Finlandiya müvafiq hüquq və öhdəliklərə malik ittifaq üzvü olmaq üçün prosesi davam etdirir.

İsveçin NATO üzvlüyünün onlar üçün son dərəcə əhəmiyyətli olduğuna diqqət çəkən Niinistö, "Mən dəfələrlə demişəm, amma bir daha təkrar edirəm ki, İsveçin üzvlüyü olmadan bizim üzvlüyümüz tam olmayacaq” deyə bildirib.

Bahadur Seyidov