Nüvə silahlarına qlobal xərclər artdı



 10:18 13.06.2023     288

Nüvə silahlarına qlobal xərclər 2022-ci ildə əvvəlki ilə nisbətən 3 faiz artaraq 82,9 milyard dollara çatıb.

Demedia.az xəbər verir ki, Nüvə Silahlarının Qadağasının İzlənməsi və Beynəlxalq Nüvə Silahları Təşəbbüsü 2022-ci il üçün nüvə silahı xərclərinə dair hesabatı təqdim edib. Hesabatda deyilir ki, doqquz nüvə silahına malik ölkə öz arsenallarını modernləşdirməyə və genişləndirməyə davam etdiyi üçün nüvə silahına qlobal xərclər ardıcıl üçüncü il artıb. ABŞ 43,7 milyard dollarla nüvə silahlarına ən çox pul xərcləyən ölkə olub. Çin nüvə silahlarına 11,7 milyard dollar xərcləyib. Rusiya isə 9,6 milyard dollarla əvvəlki ilə görə 5,74 faiz artımla üçüncü olub.

Nüvə silahı istehsalçıları 2022-ci ildə təqribən 16 milyard dollar dəyərində yeni müqavilələr imzalayıblar.

Bahadur Seyidov