Uşağın sidiyində qan varsa mütləq bunlara diqqət edin! - MÜTLƏQ İZLƏYİN!
Sidikdə qan olması.
Sidikdə qan olması, daha doğrusu sidikdə eritrositlərin, yəni qırmızı qan hüceyrələrinin olması hematuriya adlanır. Normal halda sidiyin mikroskopik müayinəsi zamanı görmə sahəsində 1 – 2 eritrositin olması norma hesab oluna bilər. Eritrositlərin miqdarının sidikdə artması, sidikdə qan olması deməkdir.Sidikdə qanın miqdarından asılı olaraq mikrohematuriya və makrohematuriya ayırd edilir.
Sidikdə qanın səbəbləri aşağıdakılar ola bilər:
-
sidik daşı xəstəliyi ( böyrək, sidik axarı, sidik kisəsi daşı )
-
Böyrəklər və sidik yolarında infeksion iltihabı xəstəliklər ( sistit, pielonefrit )
-
Böyrəklər, sidik axarı, sidik kisəsinin travmalarında
-
Böyrəklər, sidik kisə, prostat vəzin şişlərində ( prostat adenoması və xərçəngində, sidik kisə və böyrək şişlərində)
-
Böyrəklər, sidik sidik kisə, prostat vəzin vərəmində
-
Böyrəklərin polikistoz xəstəliyində
-
Qanın laxtalanmasına təsir göstərən bir sıra dərman preparatlarının qəbulundan sonra
Pediatr-İnfeksionist Aytən Ziyadova uşaqlarda sidikdə qanın səbəbləri və müalicə yolları haqqında videoda ətraflı məlumat verir.
Dr. Aytən Ziyadova kanalında yayımlanan həmin videonu sizinlə bölüşürük.
Fidan Şamxalova / Demedia.az