Ruzi Bərəkət Daşı Jadeit daşı



 11:15 13.06.2023     1045

Adətən, qara, yaşıl, bənövşəyi, qəhvəyi, qırmızı, sarı, çəhrayı rənglərdə olan jadeit daşı volkanik proseslər nəticəsində əmələ gəlir.

Çin, Birma, Qvatemala, Meksika, Yaponiya, Yeni Zelandiya, ABŞ kimi ölkələrdə çıxarılan jadeit dünya bazarında çoxdan öz yerini tutub. Qədim Çində jadeit daşını evin damına qoyurdular. İnanırdılar ki, daş evləri ildırımdan qoruyur. Bəzi xalqların inancında daşın bolluq, bərəkət gətirdiyinə dair rəvayətlər də mövcuddur. “Göylər daşı” adlanan jadeit istifadə edən insana xoşbəxtlik, sağlamlıq və ruhi sakitlik verir. 

Jadeit daşının möcüzəvi faydalı haqqında videodan ətraflı məlumat ala bilərsiniz.

Aqat Silver kanalında yayımlanan həmin videonu sizinlə bölüşürük.

Fidan Şamxalova / Demedia.az