"Survivor"dan ayrılma səbəbini açıqladı - Yeni QALMAQAL



 18:31 13.06.2023     534

Survivor 2023-də beş aylıq gərgin mübarizədən sonra çempion müəyyənləşdi.

Demedia.az xəbər verir ki, yarışma ilə erkən vidalaşan Yusuf Güneyin sözləri iyunun 12-i bazar ertəsi canlı yayımda yarımfinala damğasını vurdu.

Survivor 2023-də məşhur komandada olan Berdan Mardini və Seçkin Pirilərin ardından Yusuf Güneyin öz istəyi ilə yarışmanı tərk etməsi gündəm olub.

Ada məclisində açıqlama verən Acun Ilıcalı, "Bu şərtlərə dözməyin çətin olacağını söylədik. Qırmızı komandanın bir itkisi daha var. Yusuf Güney Survivora davam edə bilməyəcək" dedi.

Canlı yayımla ekranlara gələn Survivor-un yarımfinalında Yusuf Güney görünüb. 39 yaşlı müğənni fenomen yarışmasını tərk etməsinin səbəbi ilə bağlı olduqca qalmaqallı açıqlama verib.

Məşhur müğənni "Dostlarıma dedim ki, zəlzələ olacaq. Dedim ki, getməliyəm, burada dayana bilmərəm. Düzü, çılğın işdir".

Aysun / Demedia.az