ŞOK əməliyyat: 1 milyardlıq mülkünə əl qoyuldu



 19:01 13.06.2023     488

Narkotik əməliyyatında 5 vilayətdə 23 adam nəzarətə alınarkən, şəbəkənin 1 milyard Türk lirəsi daxili varlıqları ələ keçirilib.

Demedia.az xəbər verir ki, əməliyyatın təfərrüatları Daxili İşlər Nazirliyi tərəfindən paylaşılıb.

İstanbul, Muğla, Antalya, Ankara və Aydında iki ilə yaxındır davam edən araşdırma nəticəsində 23 şübhəli saxlanılıb.

Başda Hollandiya olmaqla bir çox Avropa ölkəsində kokain ticarəti və müxtəlif cinayət fəaliyyətləri ilə məşğul olan şəbəkənin 1 milyard türk lirəsindən çox daxili var-dövləti müsadirə edilib.

Daxili İşlər Nazirliyi əməliyyatın təfərrüatlarını paylaşıb. Nazirlikdən verilən açıqlamada aşağıdakı ifadələr yer alıb:

İstanbul Baş Prokurorluğu, MASAK və Narkotik Cinayətlərlə Mübarizə İdarəsinin koordinasiyasında həyata keçirilən və İstanbul Polis İdarəsi Narkotik Cinayətlərlə Mübarizə Şöbəsi tərəfindən iki ildir davam etdirilən istintaq 13 iyun 2023-cü il tarixində əməliyyata çevrildi. ; İstanbul, Muğla, Antalya, Ankara və Aydın vilayətlərində 23 şübhəli saxlanılıb.

“Cinayətdən doğan aktivlərin yuyulması” cinayəti çərçivəsində aparılan bu araşdırmada Hollandiya başda olmaqla Avropanın bir çox ölkəsində kokain ticarəti və müxtəlif cinayət fəaliyyətləri olan bu təşkilatın 1 milyard türk lirəsindən çox mal varlığı aşkar edilib. O cümlədən ölkəmizdəki daşınar və daşınmaz əmlak müsadirə edilib.

Əməliyyat zamanı 100 milyon türk lirəsindən çox pul və qızıl-zinət əşyaları ələ keçirilib.

Aysun / Demedia.az