Xorxe Jesus ayrıldıqdan sonra ilk dəfə danışdı: Ali Koç mənə dedi ki...



 20:00 13.06.2023     461

"Fənərbağça" ilə yollarını ayıran Xorxe Jesus Portuqaliyaya qayıdıb.

Demedia.az xəbər verir ki, hava limanında jurnalistlərin suallarını cavablandıran Jesus Türkiyədə yaxşı təcrübə keçdiyini bildirib.

O Ali Koçla etdiyi söhbətdən də danışıb: "Portuqaliyada yenidən işləmək vəziyyətindən hazırda söhbət gedə bilməz. Türkiyədə çox yaxşı təcrübə keçirdim. Gözəl ölkədə gözəl bir şəhərdə idim. İstanbul gözəldir. Mənə dəyər verən klubdan ayrıldım. 

Bu ayın sonuna kimi nə olacağını görəcəyik. Mən də bilmirəm nə olacaq. Üç dəfə Portuqaliyadan ayrıldım, Səudiyyə Ərəbistanında oldum, çempion oldum, Braziliyaya getdim və çempion oldum... Hazırda Portuqaliyadan söhbət gedə bilməz. Arzum milli komandalarla dünya çempionatında iştirak etmək idi. Çempionlar Liqasından tutmuş Avropa Liqasına qədər mübarizə aparmışam. Bir neçə təklif aldım, amma Braziliyadan heç kimlə görüşmədim.

İstanbulda fərqli təcrübə yaşadım. Fənərbaxça çox mehriban idi. Hətta vida yeməyi də təşkil etdilər. Prezident hətta "qayıdacaqsan" dedi. Üç həftədən sonra həyatımla bağlı qərar verməliyəm".

Aysun / Demedia.az