İmplant yemək borusunu yarıb mədəsinə düşdü - Başına elə şey gəldi ki...



 23:09 13.06.2023     608

Kahramanmaraşda yaşayan Sultan Tıraşın (40) boyun yırtığı səbəbiylə taxılan və bir müddət sonra yerindən çıxan implantlardan biri yemək borusunu qopararaq mədəsinə düşüb.

Demedia.az xəbər verir ki, Kahramanmaraşda yaşayan 3 uşaq anası Sultan Tıraş keçən il boyun ağrıları səbəbindən xəstəxanaya müraciət edib.

Müayinələr nəticəsində onun boynunda yırtıq olduğu müəyyən edilib. Həkiminin məsləhəti ilə boynuna implant qoyulub. Bir müddət sonra ağrıları davam edən Tıraş Qaziantepdəki xüsusi xəstəxanaya müraciət edib. Burada edilən nəzarətlər zamanı boynuna qoyulan implantın yerindən çıxdığı məlum olanda əməliyyata aparılıb.

Əməliyyat zamanı implantlardan biri çıxarıldığı halda, digərini aşkar etmək mümkün olmadığı üçün həkiminin məsləhəti ilə şəhərdəki özəl universitet xəstəxanasına göndərilib. Burada endoskopiya edilən Sultan Tıraşın qida borusunda yırtıq olduğu, implantın isə mədəsində olduğu müəyyən edilib.

Reanimasiya şöbəsinə aparılan Sultan Tıraş hazırlıqların ardından Prof. Dr. Onu Levent Elbəyli əməliyyat etdirib. Riskli hesab edilən əməliyyat uğurla başa çatdıqdan sonra təraş sağlamlığına qovuşub.

Aysun / Demedia.az