Boğulma, halsızlıq, tərləmə əlamətləri varsa bu xəstəlikdən xəbər verir - VİDEO



 09:36 14.06.2023     942

 

 

Zob Xəstəliyi Nədir?

Zob – qalxanvari vəzin ifraz etdiyi hormonların səviyyəsindəki balanssızlıq nəticəsində iltihab və bədxassəli şiş ilə əlaqəsi olmayan böyüməsidir. Xəstəlik ilkin mərhələdə özünü biruzə vermədiyinə görə, xəstələr uzun müddət heç bir narahatlıq hissi keçirmir. Tibbdə “boğaz uru” olaraq təyin olunan və xalq arasında “zob” kimi tanınan xəstəlik qığırdaq quruluşunun bir qədər altında yerləşir. Qalxanabənzər vəz endokrin bezidir. Funksiyası isə T3 və T4 adlı hormonları istehsal edir və orqanları qana buraxır. Qanda kifayət qədər miqdarda olması lazım olan bu hormonların, əsas vəzifəsi orqanizmdə maddələr mübadiləsi ilə bağlı bütün prosesləri idarə etmək və düzgün işləməsini təmin etməkdir.

 

Endokrinoloq Ayşən Xəlilova "zob" xəstəliyinin səbəbləri və müalicə yolları haqqında videoda ətraflı məlumat verir.

Endokrinoloq Ayşən Xəlilova kanalında yayımlanan həmin videonu sizinlə bölüşürük.

Fidan Şamxalova / Demedia.az