ABŞ və Çin diplomatları arasında telefon danışığı oldu



 14:12 14.06.2023     285

Çinin xarici işlər naziri Çin Qanq və ABŞ-ın dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub.

Demedia.az xəbər verir ki, telefon danışığında çinli diplomat bildirib ki, Vaşinqton rəqabət adı altında Çinin əsas maraqlarına və təhlükəsizliyinə zərər verir. Görüş zamanı Çin Qanq Çinin fundamental məsələlərlə bağlı, xüsusilə də Tayvanla bağlı mövqeyini təkrarlayıb və vurğulayıb ki, ABŞ Çinin daxili işlərinə qarışmağı, onun suveren təhlükəsizliyi və maraqlarına zərər vurmağı dayandırmalıdır.

Çin Qanq deyib ki, Çin Birləşmiş Ştatlarla münasibətlərini G20 Sammitində iki ölkə liderlərinin əldə etdiyi konsensusa uyğun olaraq, qarşılıqlı hörmət və əməkdaşlıq prinsipləri əsasında görür.

Bahadur Seyidov