Si Cinpindən Hondurasa dəstək



 14:58 14.06.2023     304

Çinə səfər edən Honduras Prezidenti Xiomara Kastro bu ölkənin lideri Si Cinpinlə görüşüb.

Demedia.az xəbər verir ki, bu barədə Çinin Xarici İşlər Nazirliyi açıqlama verib. Açıqlamada deyilir ki, görüş zamanı Si Cinpin Hondurasla dostluq və tərəfdaşlıq münasibətlərini davam etdirəcəklərini və ölkənin iqtisadi və sosial inkişafına dəstək verəcəklərini bildirib.

Çin sədrinin sözlərinə görə, Kastro Hondurasın ilk qadın prezidenti olaraq milli inkişafda müstəqil siyasət yürüdür. Son vaxtlar diplomatik münasibətlərin qurulmasından sonra iki ölkə arasında əlaqələrin dinamik və perspektivli inkişaf nümayiş etdirdiyinə diqqət çəkən Si Cinpin bildirib ki, ikitərəfli münasibətlərin daha da yüksəldilməsi və əməkdaşlığa baxışın dəyişdirilməsi üçün Kastro ilə işləməyə hazırdır.

Bahadur Seyidov