Süni intellekt bəşəriyyət üçün təhlükədir - Quterreş



 15:14 14.06.2023     323

Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş rəqəmsal məkanda nifrət və yalanın yayılmasının ciddi qlobal zərərlərə səbəb olduğunu bəyan edib.

Demedia.az xəbər verir ki, o BMT-də rəqəmsal platformalarla bağlı keçirdiyi mətbuat konfransında bildirib ki, hökumətlər, texnologiya şirkətləri və digər maraqlı tərəflər bu zərərlərin qarşısını almaq üçün tədbirlər görməlidir. Quterreşin sözlərinə görə, yeni texnologiyalarla bərabər gələn təhdidlər sürətlə artmaqdadır. Süni intellektin zərərlərinin qarşısını almaq üçün çağırış edən Quterreş bildirib ki, bu texnologiyaların fəsadları barədə elə onları ərsəyə gətirən şirkətlər xəbərdarlıq edir.

“Alimlər və ekspertlər süni intellektin bəşəriyyət üçün təhülkəsinin nüvə müharibəsi riski ilə bərabər olduğunu bəyan edərək dünyanı hərəkətə keçməyə çağırıblar. Biz bu xəbərdarlıqları ciddi qəbul etməliyik” – deyə Antonio Quterreş qeyd edib.

Bahadur Seyidov