"Qalatasaray" "Əl Nəssr"ə təklif göndərdi



 15:52 14.06.2023     314

"Qalatasaray" Anderson Taliskanın transferi üçün "Əl Nəssr"ə təklif göndərib.

Demedia.az xəbər verir ki, bu barədə “A spor” məlumat verib. İddialara görə, "Qalatasaray" Anderson Taliskanı icarəyə götürmək istəyir. İcarə müqaviləsində Taliskanın birdəfəlik transferi də nəzərdə tutulub. Məlumata görə, Taliskanın “Əl-Nəssr” klubu ilə müqaviləsi 2026-ci ildə başa çatır. Bu mövsüm "Əl Nəssr"in heyətində ümumilikdə 27 oyun keçirən Anderson Taliska 21 qol və 2 məhsuldar ötürmə edib.

Səudiyyə Ərəbistanında yaxşı çıxış edən Taliska Kriştiano Ronaldonun komandaya gəlişindən ən çox məmnun qalan futbolçulardan biri olub.

Bahadur Seyidov