Suriyanın gələcəyinə Qərb qərar verəcək - Ceyms Ceffri



 16:14 14.06.2023     277

2011-ci ildən bəri ilk dəfə Dəməşq rəhbərliyi ilə rəsmi təmaslar qurmağa başlayan ərəb ölkələri arasında aparılan danışıqlar nəticəsiz qalıb. Suriyanın gələcəyinə Qərb qərar verəcək.

Demedia.az xəbər verir ki, ABŞ-ın Suriya üzrə keçmiş xüsusi nümayəndəsi Ceyms Ceffri belə deyib.

“Ərəb ölkələri bunları həll edə bilməz. Ərəb ölkələri sanksiyaları ləğv edə bilməz. Bunu ABŞ, beynəlxalq təşkilatlar və avropalılar etməlidir. Ərəb ölkələri İsrail, Türkiyə və Amerika əsgərlərini Suriyadan çıxara bilməz. Onlar BMT-nin qətnamələrini və BMT-nin Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatının və digər beynəlxalq təşkilatların qərarlarını geri götürə bilməzlər. Əsəd Türkiyə və ABŞ-ın təhlükəsizlik problemlərinə zəmanət verməsə, problemləri həll edə bilməz” - Ceyms Ceffri deyib.

Bahadur Seyidov