Hindistanın Manipur əyalətində toqquşmalar nəticəsində ölənlərin sayı 110-a çatdı



 16:52 14.06.2023     299

Hindistanın Manipur əyalətində toqquşmalar nəticəsində ölənlərin sayı 110-a çatıb.

Demedia.az xəbər verir ki, gərginlik “Meitei” icmasının "planlı qəbilə" kateqoriyasına daxil edilməməsi səbəbiylə başlayıb. Silahlı şəxslərin Agijang şəhərinə basqın etməsi nəticəsində qarşıdurma baş verib. Polis qarşıdurmada 9 nəfərin həyatını itirdiyini, 10 nəfərin yaralandığını açıqlasa da, əyalətdə zorakılıqlarda ölənlərin ümumi saynının 110-a çatdığı deyilir. Yerli polis təhlükəsizlik qüvvələrinin əraziyə gəldiyini və hadisələrin nəzarət altına alındığını bildirib. Yerli hökumətin məlumatına görə, Manipurda zorakılıqlar səbəbindən indiyədək 47 mindən çox insan didərgin düşüb, yüzlərlə ev dağıdılıb.

Qeyd edək ki, Hindistanda "planlı qəbilə" kateqoriyasındakı icmalara siyasi təmsilçilik, məktəblərdə kvota və dövlət qulluğu kimi imkanlar verilir.

Bahadur Seyidov