Livan prezidentini seçə bilmir



 17:19 14.06.2023     281

Livanda 8 aydır prezident seçmək mümkün deyil.

Demedia.az xəbər verir ki, parlamentin 12-ci iclasında namizədlərdən heç biri lazımi qədər səs toplaya bilməyib. Səlahiyyət müddəti 31 oktyabr 2022-ci ildə başa çatan prezident Mişel Avnin yerinə gələcək şəxsi müəyyən etmək üçün keçirilən iclasda 128 deputatın hamısı iştirak edib. Prezidentliyə namizədlər keçmiş maliyyə naziri Cihad Azur 59, Marada Hərəkatı lideri Süleyman Franciyye 51, Ziyad Barud 7, Cozef Avn 1 səs toplayıb. 10 səs etibarsız sayılıb. Prezident seçilmək üçün isə namizəd səslərin 2/3-ni almalıdır.

Hizbullah və onun müttəfiqləri Franciyyeni,  ölkənin xristian partiyaları ilə bəzi sünni və müstəqil müxalifət deputatlar Azuru dəstəkləyir.

Bahadur Seyidov