Su Xersondan çəkilir



 17:45 14.06.2023     329

Xersonda Kahovka bəndinin uçması nəticəsində su basan yaşayış məntəqələrindən 7-nin suyu tamamilə çəkilib.

Demedia.az xəbər verir ki, Ukrayna Daxili İşlər Nazirliyi belə açıqlama verib. Bildirilir ki, Xerson vilayətində Dnepr çayının sağ sahilində yerləşən 28 yaşayış məntəqəsi hələ su altında qalıb.  Açıqlamada rayondan 2 min 779 nəfərin təxliyə edildiyi bildirilib. Ukraynanın Xerson Vilayəti Hərbi Administrasiyasının məlumatına görə, daşqın bölgəsində suyun səviyyəsi daha 32 santimetr azalaraq 2 metrə çatıb.

Ukraynanın Ətraf Mühitin Mühafizəsi və Təbii Sərvətlər Nazirliyindən bildirilib ki, Dnepr çayında suyun səviyyəsi azalmağa davam edir.

Bahadur Seyidov