30 metr, ən azı 400 nəfər! - Peloponnes sahillərində fəlakət



 18:00 14.06.2023     468

Yunanıstan 59 nəfərin öldüyünü, 100-ə yaxın insanın isə sağ-salamat xilas edildiyini dünyaya bəyan edib.

Demedia.az xəbər verir ki, yerli media yüzlərlə insanın itkin düşdüyü haqda məlumat paylaşıb.

Aralıq dənizində üzən qayığın qeyri-adi hərəkətləri Avropa İttifaqının Sərhəd Təhlükəsizliyi Agentliyinin Frontexin müşahidə təyyarəsi tərəfindən fərq edilib. İnsanlarla dolu balıqçı qayığında heç kimin xilasedici jilet geyinməməsi diqqəti cəlb edib.

Frontexin yardım təklifi qəbul edilməyib. Liviyadan Aralıq dənizinə yollanaraq İtaliyaya doğru hərəkət etdiyi güman edilən qayıq Yunanıstanın Peloponnes yarımadası yaxınlığında batıb.

Yunanıstan Sahil Mühafizəsi qrupları qeyri-qanuni mühacirləri daşıyan balıqçı gəmisinin İon dənizində beynəlxalq sularda batdığını bildirir.

Sərnişinləri tutumundan xeyli yuxarı olan miqrant qayığının batdığı xəbəri eşidiləndən sonra genişmiqyaslı xilasetmə əməliyyatına başlanılıb. Hərbi təyyarə və helikopterlərin, eləcə də donanmaya aid gəmilərin iştirak etdiyi xilasetmə əməliyyatında 100 immiqrant təhlükəsiz yerə endirilib. Xilas edilən miqrantlardan dördü helikopterlə Kalamataya aparılıb. Yerli mətbuat hipotermiya diaqnozu qoyulan yaralıların vəziyyətinin ağır olduğunu yazır.

Sahil Mühafizəsi də 17 immiqrantın cəsədinin eksqumasiya edildiyini bildirib. Sonrakı saatlarda can itkisi 59-a yüksəldi. Yunanıstan mediası yüzlərlə miqrantın itkin düşdüyündən ehtiyatlandığını yazır.

Aysun / Demedia.az