Nəhəng timsah 1 yaşlı uşağı belə uddu - Dəhşətli görüntü



 23:48 14.06.2023     937

Malayziyada ata oğlu ilə çayda balıq tutarkən gözlənilməz hadisə ilə üzləşib.

Demedia.az xəbər verir ki, birdən nəhəng timsah 1 yaşlı uşağı suya çəkib. Ata suya atılaraq oğlunu xilas etmək istəyərkən xəsarət alıb. Nəhəng timsah 1 yaşlı balaca uşağı ağzına alarkən həmin anlar ərazidəki bir şəxs tərəfindən lentə alınıb.

Atasının səyləri oğlunu xilas etmək üçün kifayət etməyib.

Timsahla kişi saniyələrcə mübarizə aparsalar da, qalib timsah olub. Oğlanı sürükləməyi bacaran timsah kişini başından yaralayıb.

Oğlunu timsahın əlindən xilas edə bilməyən atanın çay kənarındakı çarəsiz baxışı görənlərin ürəyini ağrıdıb.

Aysun / Demedia.az