Qadın futbolçunun çətin anları - İt görün nə etdi...



 23:09 14.06.2023     547

Kolumbiyalı qadın futbolçu Daniela Henao çimərlikdə gəzərkən itlə oynamaq istəyib.

Demedia.az xəbər verir ki, tezliklə nə yaşayacağından xəbərsiz olan gənc qadının həmin anları sosial şəbəkədə yayılıb.

26 yaşlı kolumbiyalı qadın futbolçu Daniela Henao tez-tez futbol əvəzinə sosial şəbəkələrdəki paylaşımları ilə gündəmə gəlir. Dünyaca məşhur futbolçularla məşq etməyi bacaran Henao bir müddət əvvəl "Real Madrid"in keçmiş ulduzu James Rodrigez ilə video yayımlayıb. Sözügedən videoda hər ikisinin bir-biri ilə söhbət etdiyi görüntülənib.

Henaonu dünya gündəminə gətirən hadisə onun çimərlikdə başına gələnlər olub. Henao video çəkilişi zamanı itlə qarşılaşanda çətinlik çəkib. Əvvəlcə iti sevən gənc qadın tezliklə başına nə gələcəyindən xəbərsiz idi.

400 min insanın izlədiyi video 25 min bəyənmə toplayıb. Görüntülərdə itin Haneonun bikinisinin ipini çəkdiyi anlar lentə alınıb. Haneo isə həmin an itdən xilas olmağa çalışsa da, buna nail ola bilməyib.

Bir çox TikTok istifadəçisinin şərh yazdığı videonun sonunda Haneo özünü itdən xilas etməyi bacarıb. Bir çox istifadəçi çimərlikdə yaşayan iti övladlığa götürmək istədiklərini bildirsə də, bəziləri hadisəni gülünc hesab etdiklərini iddia edib.

Aysun / Demedia.az