Uşaqları Yayda Günəş Şüallarından Qorumaq Üçün Bunlara Diqqət Edin! - VİDEO



 11:30 16.06.2023     631

Uşaqlarda dərinin günəşin zərərli şüalarına qarşı müdafiəsi üçün SPF-50 kremlərdən, xüsusilə də suya davamlı formalardan istifadə etmək məsləhətdir.

Uşağı birbaşa günəş şüalarından qorumaq məqsədilə ilk növbədə onun başını, bədənini panama və ya dəsmal ilə örtmək lazımdır. Bundan başqa, istivurmanın qarşısını almaq üçün çimərlikdə üzmək ilə qum vannasının qəbulunu növbə ilə etmək məsləhət görülür. Körpənin rasionuna, xüsusilə də gündüz saatlarında və günəş şüası qəbulu planlaşdırıldığı zaman, meyvə-tərəvəz məhsulları daxil olmalı, yağlı qidalar və ət məhsullarını məhdudlaşdırmalıdır. Qazsız içkilər və şəkərsiz kompotlara üstünlük verilməsi tövsiyə olunur. Bu profilaktik tədbirlərə riayət edilərsə, istivurma təhlükəsi körpələrdən yan keçəcək.

Pediatr-İnfeksionist Aytən Ziyadova uşaqların günəş şüalarından qorunması haqqında videoda ətraflı məlumat verir.

Dr. Aytən Ziyadova kanalında yayımlanan həmin videonu sizinlə bölüşürük.

Fidan Şamxalova / Demedia.az