ABŞ-ın bir neçə dövlət qurumu qlobal haker hücumunun hədəfinə çevrildi



 12:54 16.06.2023     319

ABŞ-ın bir neçə dövlət qurumu qlobal haker hücumunun hədəfinə çevrilib.

Demedia.az xəbər verir ki, bu barədə “CNN” məlumat verib. Bildirilir ki, bəzi rusdilli qruplar son həftələr oxşar hücumlarla bağlı məsuliyyəti üzərinə götürüb. Vaşinqton isə hücuma görə məsuliyyət daşıyanların açıqlamalarına münasibət bildirməyib. Məlumata görə, ABŞ-ın Kibertəhlükəsizlik və İnfrastruktur Təhlükəsizliyi Agentliyi müdaxilələrə məruz qalan bir neçə federal quruma dəstək verir. Açıqlamada deyilir ki, agentlik təsirləri vaxtında aradan qaldırmaq üçün təcili işləyir.

Hücumun kimlər tərəfindən həyata keçirildiyi və neçə qurumun zərər çəkdiyi məlum deyil. Bu hücum son iki həftə ərzində Qərb şirkətlərini, universitetlərini və hökumətlərini hədəf alan silsilə hücumların davamıdır.

Bahadur Seyidov