Mayon vulkanına görə 18 min insan təxliyə edilib



 12:42 16.06.2023     288

Filippində Mayon vulkanının püskürməsi nəticəsində başlayan vulkan axınının davam edə biləcəyi barədə xəbərdarlıq edilib.

Demedia.az xəbər verir ki, xəbərdarlıqdan sonra rəsmi dairələr hər ehtimala qarşı hərəkətə keçib. Filippinin Vulkanologiya və Seysmologiya İnstitutunun prezidenti Teresito Bakolkol, paytaxt Manilanın 330 kilometr cənub-şərqində yerləşən Mayon vulkanında partlayışın davam etdiyini bildirib. Lava axınının insan həyatını təhlükəyə atmayacaq səviyyədə olduğunu qeyd edən Bacolcol bildirib ki, insanlar hər ehtimala qarşı diqqətli olmalıdırlar.

Qeyd edək ki, Mayon vulkanı 11 iyunda lava püskürməyə başlayıb və 18 min insan bölgədən təxliyə edilib.

Bahadur Seyidov