İsveç məktəblərdə ənənəvi təhsil vasitələrinə qayıdır



 14:21 16.06.2023     349

İsveç məktəblərdə rəqəmsal lövhə və kompüterlərdən imtina edərək, kitablarla təhsilə qayıdır.

Demedia.az xəbər verir ki, buna səbəb şagirdlərin savadlılıq bacarıqlarının azalmasıdır. Hökumət ənənəvi təhsil vasitələrinə qayıtmağın vacibliyini bildirib. Məlumata görə, İsveç 15 il əvvəl müasir təhsil metodlarına keçib. Şagirdlərə hekayələri dəftərə yazmaq əvəzinə planşetdə qeydlər aparmağı öyrədiblər. Məqsəd texnoloji imkanlar sayəsində öyrənmək müddətini qısaltmaq və beyni sürətə alışdırmaq idi. Lakin zaman keçdikcə savadlılıq bacarıqlarının azalması müşahidə edilib. Hazır məlumatdan asılılıq artıb və tədqiqata həvəs azalıb. Uşaqların fikirlərini ifadə etmək qabiliyyəti və mütaliyə zəifləyib.

Bildirilib ki, savadlılıq qabiliyyətinin azalması informasiyaya çıxışı və ünsiyyəti məhdudlaşdıra bilər.

Bahadur Seyidov