İndoneziya Qətərdən işlənmiş döyüş təyyarəsi alır



 14:28 16.06.2023     308

İndoneziya Qətərdən Fransa istehsalı olan 12 “Mirage 2000-5” döyüş təyyarəsi aldığını açıqlayıb.

Demedia.az xəbər verir ki, İndoneziyanın Müdafiə Nazirliyinin məlumatına görə, Qətərdən alınan döyüş təyyarələrindən 9-u tək, 3-ü isə iki yerlikdir. Açıqlamada “Mirage 2000-5” döyüş təyyarələri üçün Qətərlə 792 milyon dollarlıq müqavilənin imzalandığı deyilir. Yerli mediya işlənmiş döyüş təyyarələrinin alınmasını tənqid edib. Müdafiə Nazirliyindən isə bildirilib ki, Hərbi Hava Qüvvələri donanmasının döyüş hazırlığını təmin etmək lazımdır. Bunun üçün sürətlə çatdırıla bilən döyüş təyyarələri lazımdır.

Qeyd edək ki, İndoneziyanın “F-5 Tiger” döyüş təyyarələrini Rusiya istehsalı Su-35 təyyarələri ilə əvəz etmək planları ABŞ-ın Rusiyaya qarşı sanksiyalarına görə ləğv edilib.

Bahadur Seyidov