Tokionun qərbində yerləşən hava bazası bomba təhdidi səbəbiylə boşaldıldı



 14:45 16.06.2023     305

Yaponiyanın paytaxtı Tokionun qərbində yerləşən Yokota hava bazası bomba təhdidi səbəbiylə boşaldılıb.

Demedia.az xəbər verir ki, bildirişdən sonra aviabazaya giriş-çıxışlar bağlanıb. Baza şəhərciyindəki bəzi binalardakı zabitlər, ABŞ və Yaponiyanın mülki işçiləri təxliyə edilib. Təxliyyə çərçivəsində baza şəhərciyində yerləşən 374-cü Hava qərargahı tamamilə boşaldılıb. Təxminən 3 saat davam edən təhlükəsizlik yoxlamaları nəticəsində bazanın təhlükəsiz şəkildə xidmətə davam edə biləcəyi barədə məlumat paylaşılıb. Hərbçilər və mülki şəxslər öz postlarına qayıtdıqları üçün aviabazanın giriş və çıxışları yenidən açılıb.

Qeyd edək ki, hərbi bazada təqribən 14000 hərbçi xidmət edir.

Bahadur Seyidov