Avstraliya Rusiyanın səfirlik açmaq tələbini rədd etdi



 15:14 16.06.2023     305

Avstraliya parlamenti Rusiyanın paytaxt Kanberradakı parlament binası yaxınlığında yeni səfirlik binası açmasına qadağa qoyub.

Demedia.az xəbər verir ki, parlament bununla bağlı qanun qəbul edib. Məlumata görə, Avstraliyanın baş naziri Entoni Albanezin Rusiyanın yeni səfirlik binası tikməsinə mane olan qanunu elan etməsindən sonra qanun layihəsi parlamentdə, sonra isə Senatda qəbul edilib. Albanez bildirib ki, qanun hüquq-mühafizə orqanlarından  məsləhət alındıqdan sonra qəbul edilib. Onun sözlərinə görə, hökumət, parlament binasına bu qədər yaxın olan yeni rus varlığının yaratdığı təhlükəsizlik tövsiyələri alıb.

Avstraliyanın Daxili İşlər Naziri və Kibertəhlükəsizlik Naziri Clare Oneil isə bəyan edib ki, Rusiya səfirliyi ilə bağlı əsas problem onun yerləşdiyi ərazidir və heç bir səfirliyin həmin ərazidə olmasına icazə verilməyəcək.

Bahadur Seyidov