NATO ölkələrinin müdafiə nazirləri toplaşdı
NATO ölkələrinin müdafiə nazirləri NATO-nun Brüsseldəki mənzil-qərargahında bir araya gələrək Ukrayna ilə bağlı məsələləri müzakirə ediblər.
Demedia.az xəbər verir ki, NATO-Ukrayna Komissiyasının iclasında ilk olaraq 31 NATO müttəfiqinin müdafiə nazirləri iştirak edib. Daha sonra ABŞ-ın rəhbərliyi ilə yaradılmış Ukrayna Müdafiə Təmas Qrupunun iclası keçiriləcək. Burada Ukraynanın müdafiə naziri Oleksi Reznikov ölkədəki prosesləri nazirlərin diqqətinə çatdıracaq və Ukraynanın hərbi ehtiyacları müzakirə olunacaq.
Nazirlər həmçinin NATO-nun müdafiəsinin gücləndirilməsi məsələlərini müzakirə edəcəklər. Bu çərçivədə 300 mindən çox əsgərin yüksək hazırlıq səviyyəsinə keçə biləcəyi yeni regional planlar dəyərləndiriləcək.
Bahadur Seyidov